EN

Nazir sabiq səfirin qızını işdən niyə çıxarıb?

Qaynarinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, ötən ay Hicran Əyyubova Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinə yeni diektor təyin edilib. 

Qaynarinfo-nun məlumatına görə, kollecin sabiq direktoru Səhər Orucova isə vəzifəsindən azad edilib. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Səhər Orucova işdən çıxarılması ilə bağlı Qaynarinfo-ya açıqlama verib. Sabiq direktor bildirib ki, müqavilə müddəti bitdiyi üçün vəzifəsindən ayrılıb. O, hələlik hər hansı bir vəzifəyə təyinat almadığını deyib və yaxın gələcəkdə bunun baş verəcəyini də istisna etməyib. 

Qeyd edək ki, Səhər Orucova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, həmçinin Azərbaycanın Qırğız Respublikasındakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucovun qızıdır.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
34
12
qaynarinfo.az

10Sources