Cari ilin yanvar-iyun aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 25,3 milyard manat təşkil edib.
Finss.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun strukturu belə olub: 74,5% mədənçıxarma, 22,0% emal, 2,6% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində istehsal edilib.
Sənayedə qeyri-dövlət sektorunun payı 81,8%, istehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,7%, sənaye xarakterli xidmətlərin payı isə 10,3% təşkil edib.
Anbar ehtiyatlarına gəldikdə, 01 iyul 2025-ci il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 459,2 milyon manatlıq hazır məhsul və satış üçün nəzərdə tutulmuş 63,2 milyon manatlıq digər məhsullar mövcud olub.
Fuad Mədətov
Finss.az