EN

Valideynlərin işgəncə verdiyi azyaşlı Bakıya gətirildi

Ağdamda valideynlərin işgəncəyə məruz qoyduğu azyaşlılardan biri Bakıya gətirilib.

Bu barədə Aktual.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, avqustun 27-si saat 16:20 radələrində komatoz vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 2023-cü il təvəllüdlü azyaşlıya (kişi) bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozu təyin edilib və zəruri tibbi xidmət göstərilib:

"Azyaşlı daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə edilib. Tibb müəssisəsinin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən pasiyentə müştərək travma, qapalı kəllə-beyin travması, sol beyin yarımkürəsinin üzərində kəskin subdural hematoma, bədənin çoxsaylı əzilmış yaraları diaqnozları təyin edilib".

Məlumata görə, pasiyent üzərində subdural hematomanın boşaldılması, dekompressiv kraniotomiya əməliyyatı icra olunub. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

Həmçinin qeyd olunub ki, 2024-cü il təvəllüdlü digər azyaşlı (kişi) isə hazırda profilaktik olaraq Ağdam RMX-də həkimlərin müşahidəsi altında saxlanılır, aidiyyəti üzrə təhvil veriləcək.

Chosen
70
30
ulusum.az

10Sources