EN

Kakalosdan Mançesterə uzanan yol... Video

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

Astaranın Kakalos kəndindən olan Əliyev Zəka Dövlət Təqaüd Proqramının qalibi olaraq Böyük Britaniyanın Mançester Universitetinə qəbul olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Təhsil Tv” süjet hazırlayıb. 

“Orta təhsilimi Kakalos kənd Cəfər Cabbarlı adına 1 saylı tam orta məktəbdə almışam. 2020-ci ildə Respublika Fənn Olimpiadasında riyaziyyat fənni üzrə gümüş medal qazandım. Həmin gümüş medalla isə müsabiqədənkənar Bakı Ali Neft Məktəbinə (BANM) qəbul aldım. Qəbul imtahanında isə 612 bal toplamışam.

Bakı Ali Neft Məktəbində (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə bakalavr təhsilimi artıq tamamladım. Elə kursun sonunda qərara gəldim ki, təhsilimi xaricdə davam etdirim. Ölkələri araşdırdım, mənə ən uyğun olan Böyük Britaniya idi”, - 22 yaşlı Zəka Əliyev uğurları haqqında danışarkən bildirib. 

O həmçinin təhsilini xaricdə davam etdirmək üçün Dövlət Təqaüd Proqramının vacibliyindən söz açıb: “Dövlət Proqramında təhsil almaq əlverişlidir. Belə ki, bu proqram tələbənin təhsil və yaşam xərclərini qarşılayır. Buna görə də müraciət etdim. 3 mərhələ var idi, hər birini uğurla başa vurdum. Artıq sentyabr ayında İngiltərədə Mançester universitetində “Sistem və idarəetmə mühəndisliyi” ixtisası üzrə təhsil alacam. Güclü universitetlərdə təhsil almaq Dövlət Proqramı olmadan mümkün deyil. Ona görə də bunu tövsiyə edirəm”.  

Daha ətraflı videomaterilada: 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
qafqazinfo.az

1Sources