EN

Paşinyan: "Başa düşürük ki, bir əldə iki qarpız tuta bilmərik" | VİDEO

Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasının yekununda mətbuat konfransındadanışarkənsöyləyib. O bu məsələni "beynəlxalq platformalarda dəfələrlə dilə gətirdiyini" vurğulayıb.

"Seçmək məcburiyyəti yarananda müvafiq qərar verəcəyik. Erməni xalqının iradəsini, vəziyyətin təhlilini, danışıqların perspektivləri və nəticələrini nəzərə alaraq, vəziyyətin inkişafındaistənilən ssenari mümkündür",– hökumət başçısı deyib.
Paşinyan gələn ay Moskvaya gedəcək

Xatırladaq ki, cari il yanvarın 9-da Ermənistan hökuməti ölkəninAİ-yə qoşulmasıprosesinin başlanması haqqında qanun layihəsini təsdiqləyib. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk həmin dövrdə diqqətə çatdırmışdı ki, Moskvabelə bir addımı "İrəvanın Aİİ-dən çıxması"kimi qiymətləndirərək, öz iqtisadi siyasətini bu şəraiti nəzərə alaraq quracaq.

Aleksey Overçuk İrəvana ötən günlərdə səfəri əsnasında da bildirib ki,Aİİ və Aİ-nin normativ-hüquqi bazalarında "ciddi ziddiyyətlər"var.

Firudin Həmidli
AzVision.az
Chosen
2
1
azvision.az

2Sources