EN

Hacıqabulda yuxulu sürücü “KamAZ”ı önündəki maşına çırpdı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Hacıqabul rayonu, Qarasu kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 27-də saat 03:00 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan “KamAZ” markalı yük maşını “166 Yükdaşıma və Logistika” şirkətinin avtomobiliylə toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb yük maşınının sürücüsünün sükan arxasında yuxulaması olub. Nəticədə o, nəqliyyat vasitəsini öndəki avtomobilə çırpıb. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Vətəndaşların köməyi ilə sıxılı vəziyyətdə qalan “KamAZ”ın sürücüsü yük maşınından çıxarılıb. 

Qeyd edək ki, faktla bağlı araşdırma davam edir. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
31
avtosfer.az

1Sources