EN

Xərçəng xəstəliyi ildən ilə artır Tibb eksperti əsas səbəbi açıqlayır

Qaynarinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Dövlət Statistika Komitəsi Azərbaycanda 2024-cü ildə xərçəng xəstəliyi aşkarlanan xəstələrin sayını açıqlayıb. Komitənin məlumatına görə, ötən il 393 gəncdə bədxassəli şiş aşkarlanıb. 14-29 yaş arasında olan bu gənclərin 189-u kişi, 204-ü isə qadındır.

2023-cü ildə isə bədxassəli şiş aşkarlanan gənclərin sayı 296 nəfər olub. Statistikadan görünür ki, bir ildə xəstəliyə yoluxanların sayı 100 nəfəri keçib.

Tibb eksperti Abdulla Şıxlinski Qaynarinfo-ya açıqlamasında bildirib ki, xərçəng xətələrinin sayı ilə bağlı obyektiv məlumat verilmir:

"Xəstəliyin ən çox yayıldığı və dünyasını dəyişənlərin sayının çox olduğu məkan paytaxt Bakıdır. Onkoloji xəstəliyin yaranma səbəblərindən ən başlıcası uzun müddətli ümidsizlikdir. Bu, əsas məsələdir. Məsələn, bu gün insanlardan gələcək planları haqqında soruşanda cavabı belə olur: "Hələ görək sabaha sağ çıxırıq, ya yox” və s. İnsanın yaşaması üçün ən birinci şərt sabaha ümididir. Bu da yoxdur. Sübut olunub ki, onkoloji xəstəliklər təkcə keyfiyyətsiz qidalar, pis vərdişlər, məsələn, siqaret çəkmək, narkotiklərdən istifadə və s. səbəblərdən olmur".

Həkimin sözlərinə görə, xəstəliyin yaranma səbəblərdən biri də psixoloji gərginlikdir: 

"Bəzi adamlar başa düşmədiyindən buna gülür. Deyir ki, xərçəng hara, psixoloji gərginlik hara? Sübut olunub ki, xərçəng xəstəliyinin birinci səbəbi psixoloji gərginlikdir. Psixoloji gərginliyin arasında sabaha ümidsizlik, əhval-ruhiyyənin aşağı olması, bankdan götürdüyü krediti qaytara bilməməsi, daima həyəcan və qorxu içində yaşamasıdır. Belə olanda xərçəng xəstəliyi inkişaf edir. Bu son aparılan təqdiqatların nəticəsidir".

Abdulla Şıxlinskinin fikirincə, xəstəliyin əmələ gəlməsinin ən mühim səbəblərindən biri də onun ruhudur:

"Siz bilməlisinz ki, istər sağlam, istərsə də xəstə insan orqanizmində bütün prosesləri onun ruhi aləmi tənzimləyir. Bəzən deyirlər ki, əsas işi beyin görür, xeyir. Beyində çox strukturlar var. İnsanda ruh yüksəkliyi varsa, yaxşı yaşayırsa, hər şeydən razıdırsa, ruhu pərvazlanırsa, sağlam olacaq. Ruhi, psixi gərginlik birinci növbədə onkoloji xəstəliklərin yaranmasına gətirəcək”.

Bahar Rüstəmli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
qaynarinfo.az

1Sources