EN

Biləsuvarda maşın aşıb, azyaşlı xəsarət alıb - FOTO

Biləsuvarda nəqliyyat vasitəsi aşıb, azyaşlı xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə qəza Ələt-Astara magistralnda yolunun 118-ci kilometrliyində qeydə alınıb.

“KIA” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəqliyyat vasitəsi yoldan çıxıb və maşın aşıb.

Qəza nəticəsində avtomobildə olan azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı hadisə yerinə çağırılan təcili tibbi yardım avtobilli ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Biləsuvarda
Chosen
18
4
apa.az

5Sources