EN

"Ukrayna və ABŞ nümayəndə heyətləri Nyu-Yorkda görüşəcək" - Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-nin Nyu-York şəhərində Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüş keçirəcəyini bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, dövlət başçısı bu barədə video bəyanatında danışıb. O qeyd edib ki, Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov son günlərdə Qətər, Səudiyyə Ərəbistanı və İsveçrədə bir sıra görüşlər keçiriblər.

“Cümə günü, avqustun 29-da ABŞ-ın Nyu-York şəhərində sabiq prezident Donald Trampın komandası ilə görüşlərimiz olacaq”, – deyə Zelenski bildirib.

Prezidentin sözlərinə görə, görüşlərdə təhlükəsizlik zəmanətləri çərçivəsində çalışan bütün səlahiyyətli şəxslər iştirak edəcək və təmaslar hərbi, siyasi və iqtisadi məsələləri əhatə edəcək.

Zelenski həmçinin Rusiyaya qarşı çəkindirici tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Chosen
25
manset.az

1Sources