BAKI, 28 avqust. TELEQRAF
Almaniyanın "Bayer Leverkuzen" klubu sosial şəbəkə hesabında UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan "Qarabağ"la bağlı paylaşım edib.
Teleqraf xəbər verir ki, Bundesliqa təmsilçisi instaqram üzərindən Ağdam klubu ilə yenidən qarşılaşa biləcəklərini yumoristik şəkildə ifadə ediblər.
Qeyd edək ki, "Qarabağ"la "Bayer Leverkuzen" UEFA Avropa Liqasının 2024/25 mövsümünün 1/8 finalında qarşılaşıblar. Bakıdakı oyun 2:2 hesablı heç-heçə ilə, Leverkuzendəki isə rəqibin 2:3 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri bu gün saat 20:00-da keçiriləcək püşkatmada müəyyənləşəcək.