EN

ABŞ də təhsil almaq istəyənlərin nəzərinə: Qaydalar sərtləşdirilir

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) əcnəbi tələbələrin ölkədə qalmasına icazə verilən müddəti məhdudlaşdırmaq üçün yeni qayda layihəsi təqdim edib.

Milli.Az xəbər verir ki, 1978-ci ildən bəri F vizası ilə ABŞ-da təhsil alan tələbələr "status müddəti" əsasında - yəni tam zamanlı tələbə olduqları müddətdə ölkədə qala bilirdilər. Yeni qaydaya əsasən isə bu müddət təhsil proqramının davametmə müddəti ilə məhdudlaşdırılacaq və maksimum 4 il olacaq.

DHS rəsmiləri bildiriblər ki, dəyişiklik "əbədi tələbə" halına gələnlərin sistemdən sui-istifadəsinin qarşısını almaq məqsədi daşıyır. Departamentin açıqlamasında qeyd olunur ki, əvvəlki administrasiyalar vizaların qeyri-müəyyən müddətə uzadılmasına imkan yaradaraq təhlükəsizlik riskləri və əlavə maliyyə yükü formalaşdırıb.

Əgər təklif qəbul olunarsa, ABŞ-da daha uzun müddət qalmaq istəyən xarici tələbələr DHS tərəfindən müntəzəm olaraq qiymətləndirilməli olacaqlar.

Fidan

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
4
7
news.milli.az

8Sources