EN

Mirzoyan Zəngəzur dəhlizilə bağlı “99 illik icarə” iddialarını təkzib edir…


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanı Naxçıvana birləşdirəcək Zəngəzur dəhlizinin (Tramp yolu) 99 il müddətinə icarəyə veriləcəyi ilə bağlı iddiaları təkzib edib.

"99 illə bağlı söhbətlərin hələlik reallıqla əlaqəsi yoxdur. Torpağın mülkiyyət hüququ şübhə doğurmur", - deyə nazir qeyd edib.

Mirzoyan layihənin detallarının hələ də danışıqlar mərhələsində olduğunu, infrastrukturun Ermənistanın yurisdiksiyasında qalacağını, təhlükəsizliyi də İrəəvanın təmin edəcəyini vurğulayıb.

TAHİR

Chosen
1
baki-xeber.com

1Sources