EN

Vəba epidemiyası:221 yoluxma qeydə alınıb

Ajans.az Haber Global-a istinadən xəbər verir ki,Zamfara əyalətinin Bukkuyum rayonunda epidemiyanın təsiri daha da genişdir: azı 8 nəfər ölüb, 11 yaşayış məntəqəsində 200-dən çox insan virusa yoluxub. Yerli rəsmilər məhdud səhiyyə infrastrukturu və təhlükəsizlik problemlərinin böhranın dərinləşməsinə səbəb olduğunu bildiriblər. Niger əyalətinin Gurusu kəndindən olan səlahiyyətli Məhəmməd Cibci deyib ki, hazırda 21-dən çox xəstə xəstəxanadadır, lakin Nasarawa Ümumi Xəstəxanasına çatmaqda gecikmələr səbəbindən üç nəfər həyatını itirib. Parlament üzvü Süleyman Əbu Bəkr Qumi Zamfara hökumətini və beynəlxalq QHT-ləri təcili müdaxiləyə çağırıb. Qumi bildirib: "Hər hansı gecikmə xüsusilə qadınlar və uşaqlar arasında daha çox itkiyə səbəb olacaq". O, bölgəyə təcili yardım qruplarının və vəba müalicə mərkəzlərinin göndərilməsini tələb edib.  

 

Chosen
6
Ajans.az

1Sources