Ötən gün Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Abşeron DOST Mərkəzinin inzibati binasında baş verən yanğınla əlaqədar mərkəz müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Oxu.Az-a DOST Agentliyindən məlumat verilib.
Bildirilib ki, fəaliyyətin dayandırılması mərkəzdə kiçik təmir işlərinin aparılması ilə bağlıdır.
“Vətəndaşlar Bakı şəhərində yerləşən digər DOST mərkəzlərinə müraciət edə bilərlər” ,- deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, ötən gün saat 16:30 radələrində Abşeron DOST Mərkəzində yanğın baş verib.