EN

“Bayer”dən “Qarabağ”la bağlı maraqlı paylaşım - Şəkil

style='margin-bottom:10px;'>

Almaniyanın “Bayer” klubu “Qarabağ”la bağlı sosial media hesabında maraqlı paylaşım edib.

QOL.az xəbər verir ki, paylaşımda şəkildəki şəxslərdən birinin dilndən “Bu gün Çempionlar Liqasında püşkatmadır” mesajı verilib. Bu zaman digər şəxs isə “Biz “Qarabağ”a qarşı heç cür düzgün oynaya bilmirik?” sualı verir. Daha sonra həmin şəxs sualı təkrarlayır: “Doğrudur?”

Cavab gəlmir. “Bayer”in səhifəsi buna zarafatla “Admin hələ də bərpa olunur” sözləri yazıb.

Qeyd edək ki, bu gün ÇL-in Liqa mərhələsinin püşkü atılacaq. “Qarabağ”ın potensial rəqiblərindən biri də “Bayer”dir.

Xatırladaq ki, “Qarabağ”la “Bayer” son dəfə 2024-cü ildə Avropa Liqasının 1/8 finalında qarşılaşıb. Almanlar mərhələ adlasa da, hər iki matçda çətinliklə üzləşiblər (3:2, 2:2).

Chosen
29
1
teleqraf.com

1Sources