EN

Badalyan: Paşinyan Trampı razı salmaq üçün çox irəli gedir

BAKI, 28 avqust. TELEQRAF

“Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampı razı salmaq üçün çox irəli gedir”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Akop Badalyan deyib.

Ekspert baş nazirin bu gün ABŞ-nin keçmiş hökuməti - Co Bayden administrasiyasına qarşı səsləndirdiyi tənqidi fikirlərə diqqət çəkib:

“Paşinyanın ABŞ dövlət katibinin keçmiş müavini Ceyms Obrayna cavabını sensasion hesab etmək olar. Məlum olduğu kimi, Obrayn bundan əvvəl avqustun 8-də Vaşinqtonda Azərbaycanla əldə edilmiş razılaşmalarda Ermənistanın zəif mövqedə olduğunu bildirib. Paşinyan isə bu gün bəyan elədi ki, Bayden administrasiyası məsələ ilə məşğul olanda Ermənistan daha zəif vəziyyətdə olub, Obrayn isə o zaman dövlət katibinin müavini idi.

Bu, sensasion cavabdır. Bəllidir ki, Paşinyan demokratları tənqid etməklə Trampı razı salmağa çalışır, bu da bir variantdır, amma Trampı razı salmaq üçün daha da irəli gedir. Paşinyanın açıqlamasında diqqətçəkən başqa bir məqam da var, o. Obraynın edə bilmədiklərini Trampın etdiyinə eyham vurdu”.

Chosen
5
2
teleqraf.com

3Sources