EN

Paşinyan qəzəbləndi: “Hökumət rəhbəri mənəm, mənim qərarımla razı  olmayan istefa versin”

Ermənistanın Baş naziri Nikol Paşinyan, hökumət üzvlərinə qarşı sərt bəyanatla çıxış edib. Ulusal.az xəbər verir ki, o, nazirlərdən heç birinin onunla zidd mövqe sərgiləyə bilməyəcəyini bildirib və razı olmayanlara hökuməti tərk etməyi tövsiyə edib.

“Hökumət rəhbəri mənəm, mənim qərarımla razı  olmayan istefa versin. Əgər kimsə fərqli mövqedədirsə, dərhal istefa ərizəsini yazıb bu binanı tərk etsin. Əks halda, mən özüm onu vəzifədən uzaqlaşdıracağam”, – deyə Paşinyan İrəvanda keçirilən brifinqdə bəyan edib.

Bu çıxış, Samvel Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” şirkəti ilə bağlı beynəlxalq arbitraj məhkəməsinin qərarına hökumətin münasibətinə dair verilən sual zamanı səsləndirilib.

Qeyd edək ki, iş adamı Samvel Karapetyan iyunun 18-də “hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlar” ittihamı ilə iki ay müddətinə həbs edilib. Bu cinayət işi, onun erməni kilsəsini müdafiə edən çıxışından bir gün sonra başlanılıb.

Ardınca hökumət Karapetyanın sahibi olduğu “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsi və hərraca çıxarılması barədə qərar qəbul edib. “Taşir” Şirkətlər Qrupuna qarşı isə hüquq-mühafizə orqanları tərəfindən axtarışlar və həbslər həyata keçirilib.

Chosen
7
moderator.az

1Sources