Hollivudda “Səssiz Boşanma”: məhşur aktyorlar ayrılıq ərəfəsində
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, cütlük arasındakı gərginlik Bleyk Layvlinin “Bizimlə bitəcək” filminin çəkilişləri zamanı rejissor Castin Baldoni ilə yaxın münasibətləri barədə yayılan xəbərlərlə bağlıdır. İddialara görə, aktrisa ilə Baldoni arasında uzun gecə söhbətləri və flört xarakterli yazışmalar olub. Hazırda Layvli məhkəmədə rejissorun ona sataşdığını və onlayn zorakılığa göstəriş verdiyini sübut etməyə çalışır. Bəzi mediada isə əksinə, Layvlinin Baldonini bu qalmaqalın mərkəzinə çəkərək ailəsini qorumağa çalışdığı yazılır. Mənbələrin iddiasına görə, məhkəmə prosesi davam etdiyi müddətdə cütlük ictimaiyyət qarşısında harmoniyanı qorumağa çalışacaq. Lakin proses başa çatdıqdan sonra Reynoldsun boşanma üçün səssizcə ərizə verməsi gözlənilir.