EN

Qəbələdə tender ləğv edildi » AzadMedia.az


Qəbələ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən cari təmir işləri üçün mal-materialların satın alınması ilə bağlı elan olunmuş tender (müsabiqə №116486) ləğv edilib.

Müsabiqənin ehtimal olunan qiyməti 131 475,49 manat müəyyən edilmişdi. Tender 5 avqust 2025-ci ildə dərc olunmuş, təkliflərin qəbulu və zərflərin açılışı isə 27 avqust 2025-ci il saat 18:00-da nəzərdə tutulmuşdu.

Ləğv edilməyə səbəb olaraq “satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunan hallarda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması” göstərilib.

Beləliklə, qanunvericiliyin tələblərinə uyğun olaraq tender proseduru baş tutmamış hesab olunub.
Chosen
4
1
azadmedia.az

2Sources