Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elan edilən “Təsərrüfat və elektrik mallarının satınalınması” tenderi ləğv edilib.
Rəsmi məlumata əsasən, satınalma prosesinin dayandırılmasına səbəb tenderdə iştirak üçün tələb olunan şərtlərə cavab verən təchizatçıların sayının üçdən az olmasıdır. Qanunvericiliyə uyğun olaraq, bu halda müsabiqə etibarsız hesab olunur.
Satınalma müsabiqəsi 31 iyul 2025-ci il tarixində elan edilmiş, təkliflərin qəbulu 22 avqust 2025-ci il saat 17:00-dək davam etmişdi. Həmin gün zərflərin açılması da nəzərdə tutulurdu. Tenderin ehtimal olunan qiyməti 16 min 507,85 manat təşkil edirdi.
Satınalan təşkilat: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Ünvan: Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85
VÖEN: 1700093011
Müsabiqənin nömrəsi: 116233
Təsnifat kodu: 12142100 (Sənaye qazları və s.)
Nazirlikdən bildirilib ki, ləğvetmə barədə qərar “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq qəbul olunub.