EN

Niderland provayderləri kiberhücuma məruz qalıb

Bakı. Trend:

Niderland provayderləri Çinli hakerlər qrupu “Salt Typhoon”tərəfindən kiberhücuma məruz qalıb.

Trend xəbər verirki, bu barədə Niderlandın Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidməti(MİVD) məlumat yayıb.

Hədəf əsasən böyük telekommunikasiya şirkətləri yox, daha kiçikinternet və hostinq provayderləri olub.

MİVD-nin bildirdiyinə görə, hakerlər provayderlərin modemlərinəgiriş əldə ediblər, lakin şəbəkələrinə daxil olub şəxsi məlumatlarıoğurlaya bilməyiblər.

Kəşfiyyat xidməti qeyd edib ki, bu hücum mülki telekommunikasiyasektorunu hədəf alan geniş Çin kibercasusluq kampaniyasının birhissəsidir.

Chosen
304
az.trend.az

1Sources