EN

Putin yığılan vergiləri müharibəyə xərcləyir - almanlardan ŞOK İDDİA


Rusiya Ukraynaya müdaxiləyə başlayandan bəri dövlət büdcəsinin gəlirlərinin yarıdan çoxu ordu və silah alınmasına yönəldilib. Bu rəqəmlər Almaniyanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri üzrə İnstitutu tərəfindən Rusiya Federasiyasının "Elektron büdcə" sistemi əsasında aparılan təhlilə əsaslanır.

Araşdırmaya görə, 2025-ci ilin birinci rübündə hərbi xərclər dövlət gəlirlərinin 50,1 %-ni, ikinci rübdə isə 48,2 %-ni təşkil edib. Bu göstərici 2022-ci ildə 24,4 %, 2023-cü ildə 32,05 %, 2024-cü ildə isə 39,05 % olub. Bundan əvvəlki maksimum göstərici 2023-cü ilin birinci rübündə qeydə alınıb: 45,4 %.

Mətləb

Chosen
53
5
baki-xeber.com

9Sources