EN

SON DƏQİQƏ: İsrail Yəməni vurdu Nazirlər məhv edildi KONKRET

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

İsrailin Yəmənin paytaxtı Sənaya endirdiyi hava zərbəsi nəticəsində husilərin yaratdığı “hökumət”in baş naziri Əhməd Qalib ər-Rahavi həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Yemen Monitor” məlumat yayıb.

Məlumatda bildirilir ki, hücum Ənsarullah hərəkatının lideri Əbdül Malik əl-Hutinin çıxışını izləmək üçün toplaşan husilərin yüksək vəzifəli rəsmilərinin toplantısı zamanı baş verib.

Zərbə nəticəsində baş nazir də daxil olmaqla bir neçə nəfərin öldüyü bildirilir.

Onun ölümünü BƏƏ-də fəaliyyət göstərən “Erem News” telekanalı da Sənadakı mənbələrə istinadla təsdiqləyib.

İsrailin Kanal 12 telekanalı isə məlumat yayıb ki, hücum nəticəsində husilərin müdafiə naziri Məhəmməd Nasser əl-Atifi və Sənadakı qərargah rəisi Məhəmməd Əbdül-Kərim əl-Qəmari də öldürülüb.

Məlumata görə, paytaxt Sənada husilərin rəhbərliyinə qarşı 10-dan artıq hava zərbəsi həyata keçirilib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
44
2
konkret.az

3Sources