Bakı, 29 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyul aylarında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 57 min 117 vahid və ya 2,7 faiz artaraq 2 milyon 172 mindən çox olub.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 9 min 468, fiziki şəxslər üzrə 45 min 13, torpaq mülkiyyətçiləri üzrə isə 2 min 636 vahid artıb.