Avropa İttifaqının (Aİ) xarici siyasət idarəsinin rəhbəri Kaya Kallas bu gün Kopenhagendə Aİ müdafiə nazirlərinin qeyri-rəsmi görüşü ərəfəsində jurnalistlərə bildirib ki, rəhbərlik etdiyi qurum Rusiyaya qarşı ABŞ-nin artıq tətbiq etdiyi sanksiyalara bənzər ikinci dərəcəli sanksiyaların tətbiqini nəzərdən keçirir. Bu barədə "İnterfaks"məlumat yayıb. SİTAT: "Biz yeni tədbirlər paketi üzərində işləyirik və bir neçə variant var. Əlbəttə, Rusiyanı ən çox enerji sektoruna qarşı hər hansı sanksiyalar və məsələn, amerikalıların tətbiq etdiyi ikinci dərəcəli sanksiyalar zədələyəcək", - K.Kallas qeyd edib.
Mətləb Salahov