AzVision.az xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens “USA Today” qəzetinə verdiyi müsahibədə belə deyib.
“Allah eləməsin, dəhşətli faciə baş versəydi, mən öyrəndiklərimdən istifadə etmək üçün daha yaxşı praktiki təlim təsəvvür edə bilmirəm. Belə ki, ABŞ-nin vitse-prezidenti olduğu müddətdə çox təcrübə qazanmışam”,- siyasətçi vurğulayıb.
Maraqlıdır ki, avqust ayında Donald Tramp ictimaiyyətin onun üçüncü müddətə namizəd olmasını istədiyini iddia edib.
Bir müddət əvvəl isə Ağ Evin rəhbərinin oğlu“Truth Social” sosial şəbəkəsində atasının növbəti seçkilərdə qalib gəlmək şansının ona uduzan Demokratlar partiyasının namizədi Kamala Harrislə bərabər olduğunu yazıb.
Oğul Tramp öz paylaşımına “Fox News” telekanalında respublikaçıların prezidentlik şansları ilə bağlı proqnozun yer aldığı materialı da əlavə edib. Həmin materialda Donald Trampın 2028-ci il seçkilərində qalib gəlməsi ehtimalı 4% səviyyəsində qiymətləndirir.
Xatırladaq ki, ABŞ Konstitusiyası bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə icazə vermir. Yeganə istisna 1929-1933-cü illərdə ABŞ-dəki “Böyük iqtisadi depressiya”nın aradan qaldırılmasında və İkinci Dünya müharibəsində müstəsna xidmətləri olmuş Franklin Delano Ruzveltə aid şamil edilib. O, 4 dəfə ardıcıl şəkildə ABŞ-nin prezidenti seçilib.
Sahil İsgəndərov
AzVision.az