ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Geqarkunik rayonunda qumbara partlaması nəticəsində 30 yaşlı kişi həlak olub, yaralananlar var.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, hadisə ot tayasını “Qaz 53”-ə yükləyərkən baş verib. Partlayış nəticəsində Gevorq M., Alexan M. və onların atası 63 yaşlı Ohan M. bədən xəsarətləri ilə “Vardenis” tibb məntəqəsinə yerləşdiriliblər.
Yaralılardan biri – Aleksandr M. reanimasiyada ölüb, digər iki yaralı isə İrəvandakı xəstəxanalardan birinə çatdırılıb.
Hadisə ilə bağlı Vardenis İstintaq İdarəsində cinayət işi başlanıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.