EN

Türkiyənin üçüncü ən böyük odeonu tapıldı

Türkiyənin Burdur şəhərinin Ağlasun ilçəsində yerləşən Saqalasos antik şəhərində aparılan arxeoloji qazıntılar nəticəsində ölkənin üçüncü ən böyük odeonu ( tarixi kiçik teatr salonu) ortaya çıxarılıb.

Kulis.az xəbər verir ki, Saqalasosdakı odeon təxminən 4 metr dərinlikdə torpaq altında tapılıb. Bizans dövründə oturacaqların bir qismi sökülmüş olsa da, mövcud nümunələr restavrasiya prosesini sürətləndirəcək.

Arxeoloqların fikrincə, bu bina antik şəhərin ən aktiv mərkəzlərindən biri olub və 9 - 10 minlik böyük teatr və digər arxeoloji tapıntılar əsasında Saqalasosun əhalisinin o dövrdə təxminən 35 - 40 min nəfər olduğu düşünülür.

Qeyd edək ki, Saqalasos antik şəhəri UNESCO Dünya Mirası Müvəqqəti Siyahısında yer alır və bu yeni kəşf bölgənin tarixi, mədəni əhəmiyyətini bir daha ortaya qoyur.

Chosen
63
1
kulis.az

2Sources