EN

SON DƏQİQƏ: İsrail Yəməni vurdu - Nazirlər məhv edildi

  İsrailin Yəmənin paytaxtı Sənaya endirdiyi hava zərbəsi nəticəsində husilərin yaratdığı “hökumət”in baş naziri Əhməd Qalib ər-Rahavi həlak olub.

Referans  xəbər verir ki, bu barədə “Yemen Monitor” məlumat yayıb.

 
Məlumatda bildirilir ki, hücum Ənsarullah hərəkatının lideri Əbdül Malik əl-Hutinin çıxışını izləmək üçün toplaşan husilərin yüksək vəzifəli rəsmilərinin toplantısı zamanı baş verib.
Zərbə nəticəsində baş nazir də daxil olmaqla bir neçə nəfərin öldüyü bildirilir.

Onun ölümünü BƏƏ-də fəaliyyət göstərən “Erem News” telekanalı da Sənadakı mənbələrə istinadla təsdiqləyib.
İsrailin Kanal 12 telekanalı isə məlumat yayıb ki, hücum nəticəsində husilərin müdafiə naziri Məhəmməd Nasser əl-Atifi və Sənadakı qərargah rəisi Məhəmməd Əbdül-Kərim əl-Qəmari də öldürülüb.

Məlumata görə, paytaxt Sənada husilərin rəhbərliyinə qarşı 10-dan artıq hava zərbəsi həyata keçirilib.  

Chosen
135
2
referans.az

3Sources