EN

Politico: “Rusiyanın aktivləri ilə bağlı Avropa yeni plan qurur”

AzVision.az “Politico” nəşrinə istinadən xəbər verir ki, Brüssel bu vəsaitləri Kiyevə gəlir gətirə və eyni zamanda Moskvaya təzyiqi artıra biləcək daha riskli investisiyalara köçürmək variantını nəzərdən keçirir.

Bununla belə, sxem aktivlərin dərhal müsadirəsini nəzərdə tutmur. Çünki Avropa İttifaqı (Aİ) ölkələrinin əksəriyyəti hüquqi və maliyyə risklərinə görə belə bir addımın əleyhinədir.

“Təklifin Aİ-yə üzv ölkələrin Xarici İşlər nazirlərinin Kopenhagendə keçiriləcək iclasında müzakirə ediləcəyi gözlənilir. Təşəbbüsü AK-nin İqtisadi məsələlər üzrə komissarı Valdis Dombrovskis və Aİ diplomatiyasının rəhbəri Kaya Kallas irəli sürürlər”, - qəzet yazır.

Qeyd edək ki, 2026-cı ildə Ukrayna təxminən 8 milyard avro büdcə kəsirini proqnozlaşdırır. Ona görə də əlavə maliyyə mənbələrinin tapılması məsələsi Kiyev üçün getdikcə daha da aktuallaşır.

Daha əvvəl G7 ölkələri Rusiyanın dondurulmuş vəsaitlərindən əldə edilən 45 milyard avro qazancın,aktivlərin özlərinə toxunmadan, Ukraynaya köçürülməsi barədə razılığa gəliblər. Bu məsələdə Macarıstan kimi ayrı-ayrı Aİ ölkələrinin mümkün vetosundan yan keçmək üçün AK həmçinin ayrıca fond yaratmaq ideyasını da nəzərdən keçirir.

Sahil İsgəndərov
AzVision.az
Chosen
44
3
azvision.az

4Sources