EN

Peskov: Putin Zelenski ilə bu şərtlə görüşə bilər

BAKI, 29 avqust. TELEQRAF

“Rusiya Prezidenti Vladimir Putin (Ukrayna Prezidenti) Volodimir Zelenski ilə görüşə yaxşı hazırlıqlı olmaq şərti ilə hazırdır”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

“Prezident Putinin mövqeyini xatırladacağam. O, belə bir görüşün keçirilməsini istisna etmir, amma hesab edir ki, ən yüksək səviyyədə istənilən görüş yaxşı hazırlanmalıdır, bunun üçün, ilk növbədə ekspertlər səviyyəsində aparılmalı olan işlər yekunlaşmalıdır”, - Kreml sözçüsü bildirib.

Chosen
50
1
teleqraf.com

2Sources