EN

Birinci Qarabağ müharibəsi şəhidi Sumbat Əliyev dəfn olundu - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş Sumbat Əliyev dəfn edilib.
 
Moderator.az xəbər verir ki, vida mərasimindən sonra onun nəşinin qalıqları Füzuli rayonunun Aşağı Kürdmahmudlu kənd qəbiristanlığında torpağa tapşırılıb.
 
Dəfn mərasimində şəhidin doğmaları, rayon icra hakimiyyətinin nümayəndələri, rayon sakinləri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.
 
14:14
 
Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra tapılan Sumbat Nüdrət oğlu Əliyevlə vida mərasimi keçirilib.
 
Moderator.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayonun rəsmi şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin nəşinin qalıqları Aşağı Kürdmahmudlu kənd qəbiristanlığında dəfn olunacaq.
 
Qeyd edək ki, S.Əliyev 1966-cı il fevralın 5-də anadan olub. 1993-cü ilin aprelin 2-də Füzuli rayonunun Qacar kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb. Onun nəşinin qalıqları Xocavənd rayonunun Zoğalbulaq kəndində tapılıb.
 
Chosen
38
5
moderator.az

10Sources