EN

Denis Suares “Alaveş”də

31 yaşlı yarımmüdafiəçi Denis Suares İspaniyanın “Alaveş” klubuna keçib. 

90deqiqe.Az-ın məlumatına görə, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

Suares azad agent statusunda “Alaveş”ə qoşulub, müqavilənin müddəti hələ açıqlanmayıb.

Qeyd edək ki, futbolçu iki mövsüm çıxış etdiyi “Vilyarreal”ı tərk edib.Denis Suares “Selta” akademiyasının yetirməsidir və gənclik illərində həmçinin “Mançester Siti”nin akademiyasında çıxış edib. Karyerası ərzində o, “Barselona”, “Sevilya”, “Arsenal” və yenidən “Selta”da oynayıb.

Xatırladaq ki, “Alaves” ötən mövsüm La Liqada çıxışını qoruyub və yuxarı liqada qalıb.

Chosen
71
90deqiqe.az

1Sources