Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Ölkəmizi təmsil edən 15 yaşlı Arina Kaluqina fiqurlu konkisürmə üzrə Qran-pridə mübarizə aparıb.
İdman.biz xəbər verir ki, o, Ankarada keçirilən yarışı 157,65 balla 9-cü pillədə başa vurub.
Kaluqina qısa proqramda 54,18 balla 11-ci, sərbəst proqramda isə 103,47 balla 10-cu pillədə qərarlaşıb.
Yaponiyalı Mayuko Oka 199,17 balla turnirin qalibi adını qazanıb. Koreyalı Kim Yuçe (196,10) gümüş, amerikalı Sofi Jolin fon Folten (186,92) isə bürüncə sahib olub.
İdman.biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.