EN

Kral və şahzadə 20 aydan sonra ilk dəfə görüşəcəklər

Şahzadə Harri 20 aydan sonra ilk dəfə atası Kral III Çarlzla görüşməyə hazırlaşır.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumat "Daily Mirror" nəşrinə istinadən verilib.

Xərçəngdən əziyyət çəkən monarxın kiçik oğlu sentyabrın 8-də II Elizabetin vəfatının üçüncü ildönümü münasibətilə ABŞ-dən Böyük Britaniyaya səfər edəcək.

III Çarlzın sentyabrın sonuna qədər xarici səfərləri nəzərdə tutulmayıb. Kral şahzadə Harrini sonuncu dəfə 2024-cü ilin fevral ayında görüb.

"Cebheinfo.az" 

Chosen
113
5
cebheinfo.az

6Sources