Gəncədə bıçaqlanma hadisəsi baş verib.
"Cebheinfo.az" xəbər verir ki, avqustun 28-də A.Şaiq küçəsində Rəhman Şöhrət oğlu Şahbazov Namik Faiq oğlu Əliyevlə mübahisə edib və qarın nahiyəsindən bıçaqlanıb.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
"Cebheinfo.az"