EN

İsrail bütün Qəzza zolağı boyunca hücum edir

İsrail qüvvələri Qəzza zolağı boyunca hücumlara başlayıb, şimalda qaçqın düşərgəsini, cənubda xəstəxananı vurub və bir yeniyetmə qızı öldürüb...Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyinin məlumatında bildirilir. Xəbərdə qeyd edilir ki, İsrailin Qəzza zolağının şimalındakı Cəbəliyə qaçqın düşərgəsinə endirdiyi zərbələr nəticəsində 90 fələstinli həlak olub. Bu barədə Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Reuters Agentliyinə bildirib. Şehab ailəsinə məxsus evə növbəti raket hücumu nəticəsində 24 nəfər həlak olub. Ölənlər arasında Həmasla müttəfiq İslami Cihad qruplaşmasının sözçüsü Davud Şehabın oğlu da var.Qəzza zolağının mərkəzindəki Deyr əl-Balahda 12 fələstinli ölüb, onlarla fələstinli yaralanıb, cənubdakı Rəfahda isə İsrailin bir evə hücumu nəticəsində ən azı 4 nəfər həlak olub. İnsanlar dağıntılar altında qalanları xilas etmək üçün binaya axışıblar. Yaxınlıqda yaşayan Mahmud Jarbu Reuters agentliyinə bildirib ki, partlayışın səsi "zəlzələ qədər güclüdür".İsrail hökuməti yaraqlıların hədəflərinə qarşı hərəkət etdiyini və mülki insanları hədəf almamaq üçün təcili tədbirlər gördüyünü bildirib.İsrail ordusu Xan Yunisə endirdiyi hava hücumunda 7 yaraqlının öldürüldüyünü və sığınacaq kimi istifadə edilən məktəbin yaxınlığında raket hissələri və üç tunel şaxtası tapdığını bildirib.Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Kidra bildirib ki, İsrail tank mərmisi Xan Yunisdəki Nasser xəstəxanasının doğum şöbəsinə düşüb və nəticədə 13 yaşlı qız ölüb.Qəzza zolağının səhiyyə rəsmilərinin bildirdiyinə görə, oktyabrın 7-dən bu yana 19 minə yaxın fələstinli öldürülüb. İsrail rəsmiləri oktyabrın 27-də quru kampaniyası başlayandan bəri 121 əsgərin öldürüldüyünü bildirib.Poliqon.info

Chosen
540
18
poliqon.az

10Sources