EN

Bu gün Beynəlxalq İtkinlər Günüdür

Bakı. Trend:

Avqustun 30-u Beynəlxalq İtkin Düşmüş Qurbanlar Günü və yaBeynəlxalq İtkinlər Günüdür.

Trend xəbərverir ki, bu gün 2010-cu il dekabrın 21-də BMT-nin Baş Məclisitərəfindən təsis edilib.

İtkin düşmək əsasən terror, siyasi müharibələr və ya diktaturarejimlərində insanların zorla qaçırılmasıdır. Çox təəssüf ki,hazırda zorla qaçırılma qlobal problemə çevrilib.

Bu günün qeyd olunması hüquqları pozulmuş itkinlərin taleyihaqqında ictimaiyyətin maarifləndirilməsi məqsədini daşıyır.

Beynəlxalq İtkinlər Günü bir sıra dövlətlər, beynəlxalq vəqeyri-hökumət təşkilatları itkinlərin taleyinə hər kəsin diqqətinicəlb etmək üçün müxtəlif tədbirlər keçirir.

Uzun illər işğala məruz qalan ölkə olaraq itkin düşmüş şəxslərləbağlı problem Azərbaycandan da yan keçməyib. Ermənistanın ötən 30il ərzində Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüznəticəsində minlərlə soydaşımız itkin düşüb və bu günədək onlarıntaleləri haqqında məlumat yoxdur.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı həmin ölkətərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən humanitarhüququn tələbləri kobud şəkildə pozulub. Müharibə qaydalarına ziddolaraq, mülki əhali qorunmayıb, əksinə onlar girov götürülüb və birçox hallarda öldürülüb. Əsir və girovlara ağlasığmaz işgəncələrverildikdən sonra onlar öldürülüb və işgəncələrin izlərininitirilməsi məqsədilə meyitləri belə Azərbaycana təqdimedilməyib.

Azərbaycan itkin düşmüş vətəndaşlar və onların ailə üzvləri iləbağlı beynəlxalq hüquq və milli qanunvericiliyin tələblərinə uyğunolaraq bütün müvafiq tədbirləri həyata keçirir. Ölkədə Əsir vəitkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar DövlətKomissiyası fəaliyyət göstərir. Komissiya əsir və girov götürülmüşşəxslərin Vətənə qaytarılması, itkin düşənlərin axtarılması iləəlaqədar tədbirlər həyata keçirir. Bu sahədə müvafiq dövlətorqanlarının, ictimai və beynəlxalq təşkilatların fəaliyyətiniəlaqələndirir, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarhaqqında məlumatları toplayır, bu məlumatların qeydiyyatını vəsistemləşdirilməsini təmin edir və Komissiyaya həvalə olunan digərvəzifələri həyata keçirir.

Rəsmi məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı hərbitəcavüzü nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş 4000-dəkşəxs var ki, bunlardan da 71-i uşaq, 284-ü qadın, 316-sı ahılşəxslərdir.

2020-ci ildə 44 günlük müharibədən və 2023-cü ildə həyatakeçirilmiş antiterror tədbirlərindən sonra işğaldan azad olunmuşərazilərdə itkin vətəndaşlarımıza aid məzar yerlərininmüəyyənləşdirilməsi, zəruri qazıntı və ekshumasiya işlərininaparılması Prezident İlham Əliyevin Əsir və itkin düşmüş, girovgötürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının qarşısındaqoyduğu ən ümdə vəzifədir. Bu məqsədlə 2021-ci ilin fevral ayındanetibarən həmin ərazilərdə itkin düşmüş şəxslərə aid edilən məzaryerlərinin axtarışı, qazıntısı, ekshumasiya və aşkarlanmış meyitqalıqlarının eyniləşdirilməsi prosesinə intensiv şəkildəbaşlanılıb. Azərbaycanın müvafiq dövlət qurumlarının gördüyütədbirlər nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüşbəzi şəxslərin taleyinə aydınlıq gətirilib. Təəssüflər olsun ki,Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəlikləriniyerinə yetirməyərək, digər kütləvi məzarlıqların dəqiq yerləribarədə məlumatları da ölkəmizə təqdim etmir, nəticədə uzun illərdiröz doğmalarından xəbər ala bilməyən ailə üzvləri iztirablarçəkməkdə davam edirlər.

Son illərdə aparılan axtarış-qazıntı, eyni zamanda, eyniləşdirməprosesi nəticəsində 200-ə yaxın vətəndaşın taleyinə aydınlıqgətirilib.

Hazırda Vətən müharibəsində itkin düşmüş 6 Azərbaycanhərbçisinin axtarışları da davam etdirilir.

Chosen
87
8
az.trend.az

9Sources