Bu gün Ukraynanın Lvov şəhərində baş verən atışma nəticəsində Ali Radanın eks-spikeri Andrey Parubiy öldürülüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Suspilne” nəşri məlumat yayıb.
Yerli hüquq-mühafizə orqanları şəhərdə atışma olduğunu təsdiqləyib və bildirilib ki, hazırda siyasi xadimin qətlinin səbəbləri araşdırılır.
Qeyd olunub ki, atışma bu gün günorta saatlarında baş verib. Aldığı xəsarətlər nəticəsində 1971-ci il təvəllüdlü zərərçəkmiş yerindəcə keçinib. Atəş açan şəxsin kimliyi məlum deyil.
"Cebheinfo.az"