EN

Ölkəmiz UEFA reytinqində 2 pillə irəliləyib

Azərbaycan UEFA reytinqində 2 pillə irəliləyib. Bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması ilə mümkün olub. 

Ağdamlılar pley-offda Macarıstan təmsilçisi “Ferentsvaroş”la iki oyunun nəticəsinə (3:1, 2:3) görə qitənin ən nüfuzlu klub turnirinin liqa mərhələsinə yüksəlməklə ölkənin əmsalını 21.000-ə çatdırıb. Bu da ölkəmizin 28-ci pillədən 26-cı pilləyə yüksəlməsinə səbəb olub.

25-ci pillədə Slovakiya (21.375), 27-ci yerdə isə Sloveniya (20.718) qərarlaşıb.

Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (95.005) başçılıq edir. Sonrakı yerləri  İtaliya (84.660), İspaniya (78.953), Almaniya (78.953) və Fransa (67.962)  tuturlar.

Qabil YUSİFOĞLU 
XQ

Chosen
54
8
xalqqazeti.az

10Sources