EN

Süni intellekt heyvanların emosiyalarını anlamağa kömək edir  

İnsanlar çox vaxt heyvanların əslində nə hiss etdiyini anlamaqda çətinlik çəkirlər. Milanlı tədqiqatçılar problemin həllinə yeni yanaşma təklif ediblər. Onların yaratdığı süni intellekt modeli yeddi növ heyvanın səs siqnallarındakı emosional çalarları müəyyənləşdirməyi bacarıb. Məlum olub ki, mənfi emosiyalar əsasən orta və yüksək tezlik diapazonlarında ifadə olunur, müsbət siqnallar isə daha bərabər paylanır. Bununla belə, “emosiyaların açarı” müxtəlif növlərdə fərqlidir. Məsələn, donuzlarda yüksək tezliklər, qoyun və atlarda isə orta tezliklər xüsusilə əhəmiyyətlidir.

Tədqiqatın müəllifi Stavros Ntalampirasın sözlərinə görə, onun alqoritmi insan qulağının sezə bilmədiyi ən incə akustik xüsusiyyətləri müəyyənləşdirə bilir. Bu isə heyvanların sağlamlığı və rifahının monitorinqi üçün yeni alətlər yaratmağa imkan açır.

Texnologiyanın perspektivləri genişdir. Belə ki, fermerlər mal-qarada stresi əvvəlcədən aşkar edə, zooloqlar vəhşi təbiətdə populyasiyaların vəziyyətini izləyə, zoopark əməkdaşları isə hələ görünən əlamətlər ortaya çıxmamış heyvanların davranış dəyişikliyinə reaksiya verə bilərlər.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Chosen
37
9
azerbaijan-news.az

10Sources