EN

Hamiləlik zamanı bu qidanın istehlakı körpənin zəkasını üçqat artırır

Alimlərin son araşdırmaları, hamiləlik zamanı avokado istehlakının körpələrin beyin inkişafında böyük rol oynadığını ortaya çıxarıb.

Publika.az xəbər verir ki, mütəxəssislərin fikrincə, tərkibindəki sağlam yağlar, fol turşusu və E vitamini sayəsində avokado beyin hüceyrələrinin daha sürətli inkişafına kömək edir.

Hamiləlik dövründə müntəzəm olaraq avokado istehlak edən anaların körpələrində idrak inkişafının üç dəfə daha sürətli olduğu müşahidə edilib. Xüsusilə fol turşusunun zənginliyi sinir sistemi inkişafı üçün çox vacibdir.

Dietoloqlar həftədə 2-3 avokadonun həm ana, həm də körpənin sağlamlığı üçün ideal olduğunu bildirirlər.

Chosen
129
publika.az

1Sources