EN

Rusiya Ukraynanın nə qədər ərazisini işğal edib?

Rusiya ordusu hazırda Ukraynanın Luqansk vilayətinin 99,7 %-nə və Donetsk vilayətinin 79%-nə nəzarət edir.

Axar.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib.

O bildirib ki, Luqanskı tam nəzarətə alınması üçün 60 kv. km-dən az ərazi qalıb.

V.Gerasimov əlavə edib ki, Ukraynanın daha iki bölgəsinin böyük hissəsi - Zaporojye vilayətinin 74%-i və Xerson vilayətinin 76%-i Rusiya qüvvələrinin nəzarəti altındadır.

Baş Qərargah rəisi həmçinin bildirib ki, Rusiya ordusu Ukraynanın Sum vilayətində 210 kv. km ərazini və 13 yaşayış məntəqəsini də nəzarətdə saxlayır.

Chosen
123
50
axar.az

10Sources