EN

"Çempionluq sözlə olmur" - Elmar Baxşıyev

"Araz-Naxçıvan" Misli premyer-liqasının 3-cü tur matçında evdə "Qəbələ"ni məğlub etdi - 2:1.

"Football-plus.az" xəbər verir ki, "qırmızı-ağlar"ın baş məşqçisi Elmar Baxşıyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Komanda olaraq bilirdik ki, bizi nə gözləyir. "Qəbələ" yaxşı komandadı. Ümumi olaraq ağır oyun idi. Üstünlük bəzən bizdə, bəzən isə onlarda idi.

- Yeni transfer Coşqun Diniyevin mövqeyində bir çox oyunçularınız var. Bir müddət futboldan kənar qalmasını nəzərə alsaq... Son durumu necədi?
- Coşqun istədiyim futbolçu idi. Onun oyununun komandaya faydalı olacağına inanıram. Uzun müddət futboldan kənar idi. Ancaq özünü toparlayacağını bilirik.

- Gənc futbolçulara şans verən bir məşqçisiniz. Bu futbolçulardan biri də qolkiper Süleyman Həsənovdu. Onun perspektivi haqda düşüncələriniz?
- 2-ci hissədə 6 yerli futbolçumuz var idi. Bizim komanda adına keyfiyyətli yerli futbolçuların olduğunu deyə bilərəm. Süleymana gəldikdə isə, gənc qapıçıdı. Hazırda premyer-liqada oynamağa tam hazır olduğunu deyə bilmərik. Amma gələcəyə perspektiv vəd edən qapıçıdı.

- "Omoniya" ilə matçdan sonra bəzi mətbuat orqanlarında sizin komandadan ayrılacağınız haqda məlumatlar yayılmışdı...
- Mən də çalışıram ki, idman mediasını izləyim. Bəzi xəbərlər reallıqdan tamamilə uzaq olur. Məni bura rəhbərlik gətirib. Mən burda öz işimi görməyə çalışıram. Təbii ki, qərar onlarındı. Burada olduğum müddətdə üzərimizə nə düşürsə, onu da etməyə çalışırıq. "Omoniya"da fiaskoya uğradıq. Biz də o nəticəni gözləmirdik. Futbolda sığortalı heç nə yoxdu.

- Bəzi klubların rəhbərləri çempionluğa oynadıqlarını açıqlayıblar. Sizin komandanın belə bir məqsədi varmı?
- Mən məşqçiyəm. Bu sualı rəhbərliyə ünvanlasanız daha yaxşı olar. Amma onu da qeyd edim ki, çempionluq sözlə olmur. Çempionluq böyük bir əməyin nəticəsində qazanılan bir uğurdu.

- Ramon Maçadonun son durumu barədə nə deyə bilərsiz?
- Maçado artıq məşqlərə başlayıb. millinin oyunları ilə əlaqədar yaranmış fasilədən sonra komandaya qoşulacağını gözləyirik

Chosen
26
9
football-plus.az

10Sources