EN

Mortal Kombat 2 nin premyerası altı ay təxirə salındı

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Warner Bros." və "New Line" şirkətləri "Mortal Kombat 2" filminin premyerasını altı ay təxirə salıblar.

Oxu.Az "Deadline"a istinadən xəbər verir ki, film 24 oktyabr 2025-ci il deyil, 15 may 2026-cı ildə nümayiş olunacaq.

Studiyalar filmin nümayişindən daha çox pul qazanmaq üçün bu qərarı veriblər. Belə ki, oktyabrın sonunda bir çox digər filmlərin premyeraları olacaq.

Sikvelin süjeti 2021-ci il orijinalının hekayəsini davam etdirir: Şanq Tsunq onuncu turnirdən əvvəl Yer çempionlarını məhv etməyə çalışır.

Ssenari müəllifi Ceremi Sleyterin sözlərinə görə, yeni hissədə əsl "Mortal Kombat" turniri olacaq.

Qeyd edək ki, 2021-ci ilin aprelində nümayiş olunan birinci "Mortal Kombat" filmi kinoprokatda 84,4 milyon dollar qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
49
1
oxu.az

1Sources