EN

Alen Berset xəstəxanaya yerləşdirildi

Avropa Şurasının 53 yaşlı baş katibi Alen Berset xəstəxanaya yerləşdirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın saytında məlumat verilib.

"Onun vəziyyəti qorxulu deyil, lakin ehtiyat tədbiri olaraq bir neçə gün müşahidə altında qalacaq", - press-relizdə deyilir.

Qeyd olunur ki, xəstəxanaya yerləşdirildiyi üçün Bersetin Bled Strateji Forumunda iştirakı ləğv edilib. Onun gələn həftə üçün nəzərdə tutulan tədbirlərdə iştirak edib-etməyəcəyi hələlik bəlli deyil.
Chosen
36
2
sherg.az

4Sources