EN

Britaniya kral ailəsinin avtomobili satışa çıxarılacaq

Sentyabr ayında Nottingemşirdə keçiriləcək "H&H" auksionunda nadir "Jaguar Mk IX" hərraca çıxarılacaq.

News24.az "Unikal"-a istinadən xəbər verir ki, dövrünün ən dəbdəbəli modellərindən biri hesab edilən sedan əla vəziyyətdədir. O Britaniya kral ailəsinin qarajına daxildir.

Onun təqribi qiymətinin 30-35 min funt olacağı gözlənilir.

1959-cu ilin "Jaguar"ı Britaniya şahzadəsi Uilyamın həyat yoldaşı Keyt Middlton və iki uşağına xidmət edib. Onun yürüşü 60 min kilometrdir.


Chosen
177
5
news24.az

6Sources