EN

“Meyvələrin kralı”: Ən yüksək şəkər tərkibinə malik 6 meyvə

Meyvələr təbiətin şirniyyatlarıdır – rəng, ətir və vitaminlərlə dolu təbii şirinlik təklif edir. Lakin bütün meyvələr eyni dərəcədə şirin deyil.

E-saglam.az xəbər verir ki, bəziləri turş, bəziləri yumşaq, bəziləri isə demək olar ki, tam şirindir. Şəkər səviyyəsini izləyənlər üçün bu məlumat faydalıdır.

1. ManqoTez-tez “meyvələrin kralı” adlandırılan manqo şirəli, yumşaq və zəngin dadlıdır. Orta ölçülü manqonun tərkibində 40 qramdan çox şəkər ola bilər. Smoothie və desertlərdə populyardır, amma porsiyasına diqqət etmək vacibdir.

2. ÜzümÜzüm konsentrat şəkərin mənbəyidir. Bir stəkan üzüm təxminən 23 qram şəkər ehtiva edir, kişmişə çevrildikdə isə daha da şirin olur. Qırmızı və bənövşəyi növlər xüsusilə şirindir.

3. AlbalıKiçik, sulu və şirəli albalı bir fincanda təxminən 18 qram şəkər ehtiva edir. Kiçik ölçüsü sayəsində bir anda çox yemək mümkündür, bu da şəkər miqdarını artırır.

4. LiçiLiçi təbii olaraq çox şirindir və bir stəkan təzə liçidə təxminən 30 qram şəkər var. Çiçəkli və ətirli dadı ilə fərqlənir, ölçüsü kiçik olsa da, şirinliyi yüksəkdir.

5. BananOrta yetişmiş banan 14 qram şəkər daşıyır. Yetişdikcə nişasta şəkərə çevrilir və banan daha da şirin olur. Kalium və vitamin B6 ilə zəngindir, məşqdən əvvəl sürətli enerji mənbəyi kimi istifadə edilir.

6. ƏncirTəzə və xüsusilə qurudulmuş əncir bal kimi şirindir. İçindəki toxumlar və yumşaq ət dadını zənginləşdirir. Əncir həm qida, həm də ənənəvi dərman kimi qiymətlidir və kalsium, dəmir və lif təmin edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
54
e-saglam.az

1Sources