EN

“Barselona” polşalı qapıçını qeydiyyatdan keçirə bildi

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Barselona"nın qapıçısı Voyçex Şesni La Liqada rəsmi qeydiyyatdan keçib. Sport24.az "AS" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu polşalı qolkiperi İnyaki Penyanı "Elçe"yə icarəyə verdikdən sonra bu məsələni yekunklaşdıra bilib.

Beləliklə, Şesni La Liqanın 3-cü turunda "Rayo Valyekano" ilə qarşılaşmada katalonların heyətində yer ala bilər.

Qeyd edək ki, 35 yaşlı qolkiper ötən mövsüm Kataloniya təmsilçisinin heyətində bütün turnirlərdə 30 oyun keçirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
32
sport24.az

1Sources