Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Xaçmaz şəhərində, Xaçmaz Olimpiya İdman Kompleksinin yaxınlığında yanğın baş verib.
Gununsesi.info xəbər verir ki, yanğın İdman Kompleksinin yaxınlığında, “Şollar” su kəmərinin mühafizə zolağında başlayıb və 3 hektar ərazini əhatə edib.
Hadisə yerinə FHN-in canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın məhdudlaşdırılıb və fərdi yaşayış evlərinə keçməsinin qarşısı alınıb.
Yanğına səbəb kimi külək nəticəsində elektrik naqilin qırılaraq otluq sahəyə düşməsi göstərilir.(APA)
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.